“Elza şair deyil” - Efirdə dava düşdü - VİDEO
Əməkdar artist Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzv seçilməsi günlərdir müzakirələrə səbəb olub.
Müğənni "Elgizlə izlə" verilində qonaq olarkən şair Nəcibə İlkin tərəfindən tənqid olunub. O, proqramın ötən buraxılışında Elzanın ünvanına ağır sözlər səsləndirib:
"Elza xanımı çox istəyirəm. Yaxşı, müğənni, bəstəkardır, amma şair deyil. Onun ümumiyyətlə şeir aləmində heç nəyi yoxdur. Sadəcə bəsit sözlərdən istifadə edib - əkim, töküm, nə edim (bir neçə saniyəlik onun mikrafonu söndürülüb). Bunlar şeirdir? Söhbət Səməd Vurğundan, Süleyman Rüstəmdən gedir. Onların üzv olduğu yerə Elza da olsun?"
N.İlkin bugünkü efirdə də fikrini dəyişmədiyini vurğulayıb:
"Bəstəkar, müğənni kimi onu qəbul edirəm, sevirəm də. Geyimlərini də həmçinin. Amma Elza xanım şair deyil. Onlar qəbul edibsə, nə deyə bilərəm, Allah canlarını sağ etsin. Başına cürbəcür şeylər qoyur. Deyirəm ki, bu da onun imicidir, xoşu gəlir. Ləzzət edir mənə. Ağac qoyur və sair. Lakin sizin cızmaqaralarınız sizi kölgədə qoyur".
Onun bu sözləri Elzanı əsəbiləşdirib. İfaçı narazılığı olduğu təqdirdə onun AYB-nin üzvlüyündən çıxa biləcəyini deyib:
"Siz də deyirsiniz, deyin. Orada-burada söyləyin ki, mən də Elzaya nəsə dedim. Yaxşı edirsiniz, söyləyin. Bu, padişahlıq quşudur ki, qonub sizin başınıza. Xanım deyir ki, 22 kitabım var. Bəstəkar olaraq bu günə qədər müasir şairlərdən tutmuş, klassiklərimizə qədər çoxunun şeirlərinə bəstələr yazmışam. Amma sizin 22 kitabınızdan iki dənə şeir bilmirəm. Amma mənim bir kitabımın şeirləri dillər əzbəridir. Bundan qıcıq olursunuz. Bəlkə siz də küsüb getmək istəyirsiniz Yazıçılar Birliyindan. Siz bu dəqiqə özünüz gülünc vəziyyətə qoyursunuz. Bunu haradan gətirmisiniz? Mən söhbəti açmıram. Onun ürəyi doludur. Siz 22 kitab yazmısınız, amma sözünüzü deyə bilməmisiniz. Bir az da çox danışın, sizi tanıyaq. İndiyə qədər tanınmamısınız, danışın. Hamıda bilir mən həmin şeirimdə nə demək istəmişəm. Ona görə də bu gün AYB-nin üzvüyəm, fəxr edirəm bununla"./Axsam.az
Bu xəbər üçün şərh yazın