Elza Seyidcahan döyülməsindən danışdı: - "Qadının alt paltarından bülleten çıxdı"
"Məni və bacımı taxta parçası ilə döydülər. Mənə əl qaldıran şəxs özü mənim tanışımdır. Bizə hücum edənlər indi «bizi bağışlayın» deyə xəbər göndərirlər.
Toplu bülleten atanda gördük. Hətta qadının alt paltarından belə bülleten çıxdı. Videoya da çəkmişik»
Unikal.org xəbər verir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan Amil Xəlilə müsahibəsində deyib. Teleaparıcıya ilk dəfə baş verənlərdən danışan Elza Seyidcahan bundan sonra seçkilərə qoşulmayacağını da qeyd edib. «Bu gün anamdan və ailəmdən üzr istəyirəm. Məni bağışlasınlar. Eybi yox qoy seçilənlər milli məclisdə əyləşsinlər. Mən onsuz da ömürlük millət vəkili kimi doğulmuşam.»
Əməkdar artist seçki ərəfələrində ona qarşı təxribatlardan da söz açıb. «Mənim adımdan şeirlər yazdılar. Guya ki, mən seçkilərə aid şeir yazıram. Əsla belə şey olmayıb.»
Amil Xəlil Elza Seyidcahanın evindən də görüntülər yayımlayıb. Bir otağın içində həm uşaq otağının, həm də yataq otağının olmasına toxunan aparıcı bu barədə əməkdar artistə sual ünvanlayıb. Cavab isə çoxlarını təəccübləndirib.
"Amil mən hələ 2015 ci ildə seçkilərə xərclədiyim pulları geri qaytara bilməmişəm. Hələ də borcum var. Allah şahidimdir ki, bu il də nə qədər pul xərclədim. Qərargah yaratdım. Bəli, mənim maşınım da bankdadır. Borcum çoxdur. Bu evə də şükür. Ağlamamışam deyə heç kim bilməyib. Yanımda qızım, əri, uşaqları, bacılarım qalır. Əsas odur ki,canımız sağlamdır» deyə Seyidcahan bildirib.
Qeyd edək ki, bu gün 12:20 də onun daha bir açıqlamasının yayımlanacağı gözlənilir. Xatırladaq ki, 9 fevral növbədənkənar parlament seçkilərinə nəmizədliyini irəli sürən Elza Seyidcahan seçki günü döyüldüyünü bildirmişdir.
Bu xəbər üçün şərh yazın