Əməkdar artistə şok ittiham: “Uşaqlarımı oğlunun sevgilisi ilə gəzməyə göndərir“

Əməkdar artistə şok ittiham: “Uşaqlarımı oğlunun sevgilisi ilə gəzməyə göndərir“ 

“Qızıma bir sual verəndə böyük oğlum tez onu susdurur ki, atasının sevgilisi ilə gəzməyə getdiklərini deməsin. Uşaq indidən yalana öyrənir...”

Bu sözləri Yenisabah.az-a Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana deyib.

Onun sözlərinə görə, oğlu üçün ikinci dəfə elçi gedən Mətanət İsgəndərli uşaqlara travma yaşadır:

“Uşaqlarla bağlı Apellyasiya Məhkəməsinə müraciət etmişəm. Məhkəmə təyin olunacaq, amma hələ vaxtı dəqiqləşməyib.

Mətanət İsgəndərlinin oğluna elçi getməsi uşaqların psixologiyasına çox təsir edib. Uşaqlarımı gəzməyə aparanda bəzən onları attraksionlara mindirmək istəyirəm, qızım deyir: “Ana, biz buna minmişik”. Soruşanda ki, kimlə, tez böyük oğlum onun “ağzından vurur”, susdurur ki, atasının sevgilisi ilə getdiklərini deməsin.

Uşaq indidən yalana öyrənir, onlar istəmirlər ki, mən bilim. Böyük oğlum dəhşətli dərəcədə stress keçirir. Mənə deyir: “Ana, onsuz da onları istəməyəcəm ki”. Uşaq özünə qapanıb, bu çox pisdir, travmadır. İstəyirəm ki, psixoloq uşaqlarımla məşğul olsun. Bunlara heç kim əhəmiyyət vermir, heç biri uşaqları düşünmür”.

Canana müğənninin ilk gündən ailə dağıtmaq niyyətində olduğunu iddia edib:

"Mətanət İsgəndərli bir mülkdən ötrü bunları edir, ancaq çox böyük günaha batır. Bu da onların çoxdankı planı idi. Bunu bilirdim, ayrılma səbəbi də bu idi. Sadəcə əlimdə olan dəlilləri sildilər, məni boşamaq üçün necə plan cızdıqları telefonumda idi.

Mən atam evində qeydiyyatda qalmışam, məni ər evində qeydiyyata salmayıblar. Nə məni, nə də oğlunun adına heç bir mülk sənədi yoxdur. Mətanət İsgəndərli həmişə düşünür və istəyirdi ki, ailəmiz davamlı olmasın. Bundan sonra toy da edər, inşallah. Ondan nə desən, gözləmək olar”.

Qeyd edək ki, Mətanət İsgəndərli yeni boşanan oğlu Kərimi ikinci dəfə evləndirir. Müğənninin oğlu Aysel adlı xanımla nikah masasına oturacaq. Artıq onların “Hə” mərasimi də olub.

Xatırladaq ki, Kərim birinci həyat yoldaşı Canana ilə bu ilin oktyabrında rəsmi boşanıb. O, 3 övladını anadan alıb.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi