Əməkdar artistin oğlu azadlığa çıxdı
Əməkdar artist Rəhman Rəhmanovun oğlu azadlığa buraxılıb.
Bu haqda məlumatı aktyorun həyat yoldaşı Milli.az-a təsdiqləyib. Akyorun oğlu Emil Rəhmanovun cəza müddəti bitib.
Xatırladaq ki, əməkdar artistin oğlu 2016-cı ildə həbs olunub. Məhkəmə Emil Rəhmanovun iki il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarmışdı.
Aktyorun oğlu bundan əvvəl 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək, 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın