"Əmlakın icbari sığortası haqqında qanun/qayda hüquqazidd olduğu üçün cərimə tədbiqi də absurddur"

"Əmlakın icbari sığortası haqqında qanun/qayda hüquqazidd olduğu üçün cərimə tədbiqi də absurddur" - NATİQ CƏFƏRLİ

"Ölkədə elə bir iqtisadi aktivlik, qazanc imkanları, sığorta bazarına güvən olmalıdır ki, hər bir vətəndaş özü, könüllü olaraq əmlakını sığortalasın, burada məcburiyyət ola bilməz"

"Əmlakın icbari sığortası məntiqsiz, hətta hüquqazidd yanaşmadır. Biz əmlakımızı sığortalanmaqda özümüz maraqlı olmalıyıq, bu məcburi/icbari ola bilməz. İcbari sığorta kənar şəxsə dəyə biləcək zərərə görə ola bilər. Məsələn, avtomobillərin icbari sığortası zərər vurduğun avtomobilin zərərini qarşılayır. Ev-mənzil sığortası belə deyil axı! Sən öz mənzilini, məsələn, subasmadan sığortalayırsan, sən suyu açıq qoyursan, öz mənzilinə ziyan dəyir, sığorta bunu qarşılayır, amma sənin alt qonşuna da ziyan dəyir, onu sığorta qarşılamır, sən qonşuluq ədəb-ərkanına uyğun ona dəyən zərəri ödəməyə çalışırsan. Yəni, burada icbarı sığorta məntiqi işləmir axı!" 

Bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli qeyd edib.

Beləliklə, əmlakın icbari sığortası haqqında qanun/qaydanın hüquqazidd olduğunu vurğulayan Natiq Cəfərli hesab edir ki, buna görə cərimə tədbiqi də absurddur: "Ölkədə elə bir iqtisadi aktivlik, qazanc imkanları, sığorta bazarına güvən olmalıdır ki, hər bir vətəndaş özü, könüllü olaraq əmlakını sığortalasın, burada məcburiyyət ola bilməz".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər