“Ən müasir” rus raketlərinin zəif cəhətləri üzə çıxdı
Rusiyanın müasir qanadlı raketləri ötən əsrin 60-cı illərində hazırlanmış elektronika ilə təchiz olunub.
Bu barədə Ukryana Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
“X-101 tipli raketlər 1999-2013-cü illər arasında hazırlanıb. Rusiya mətbuatı isə onları ən müasir rus silahı kimi qələmə verir. Bu raketlərin Ukraynadakı hərbi əməliyyatlarda istifadəsi göstərdi ki, onların effektivliyi iddia edildiyi kimi deyil. Raketlərin elektron komponent bazasının köhnə olduğu ortaya çıxdı. Ukraynalı mütəxəssislər tərəfindən aparılan təhlillər göstərdi ki, X-55, eləcə də onların X-555 modifikasiyası və X-101 raketlərinin istiqamətləndirici blokları 1960-1970-ci illərdə Voronej Radiodetallar Zavodu, Minskdəki “İnteqral” zavodu və SSRİ-nin digər müəssisələrində yığılıb. Eləcə də bu raketlərdə 1977-ci ildə istehsal olunmuş PQİ-2M naviqasiya sistemindən istifadə olunur.
Ukraynaya atılan X-101 raketlərinin böyük əksəriyyəti hədəfə çatmayıb”, - məlumatda bildirilib.
Bu xəbər üçün şərh yazın