"Ən qısa zamanda elektrik enerjisinin verilməsi yenidən bərpa ediləcək” -Vaqif Aydınoğlu
Oğuzda elektrik enerjisinin verilməsində fasilənin yaranmasına səbəb hər il planlı şəkildə aparılan budanma işləri ilə bağlıdır.
Faktinfo.az xəbər verir ki,bu sözləri Axar.az-a açıqlamasında Azərişıq ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu ötən gündən başlayan güclü yağışlardan sonra Oğuzun bəzi kəndlərində elektrik enerjisinin verilməsində fasilənin yaranması haqda danışarkən deyib.
O bildirib ki, hazırda yalnız Oğuzun Xaçmaz kəndində enerjinin verilməsində kəsinti var:
“Oğuz meşəlik zonadır deyə, ola bilsin ki, ona görə orada elektrik enerjisinin verilməsində fasilə bir qədər uzun çəkib. Ən qısa zamanda elektrik enerjisinin verilməsi yenidən bərpa ediləcək”.
Qeyd edək ki, ötən gün yağan və hazırda da bəzi yerlərdə davam edən yağışlar Şəki və Oğuzda bir sıra fəsadlar törədib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın