"Pandemiya dövründə gördük ki..."- Deputat Rabitə Nazirliyini TƏNQİD ETDİ
“Koronavirus dövründə ən uğursuz işləyən nazirlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi oldu. Biz bu dövrdə provayderlər tərəfindən dayanıqlı internet görmədik. Tez-tez onlayn əlaqə kəsilirdi”.
Bunu deputat Fazil Mustafa parlamentdə deyib.
O qeyd edib ki, Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklərə əsasən cinayət mühakimə icraatında müasir informasiya-kommunukasiya texnologiyalarının imkanlarından istifadə edilməsi, habelə xüsusi karantin rejimində və digər xüsusi hallarda cinayət prosesinin videokonfrans əlaqə vasitəsilə davam etdirilməsini təmin ediləcək:
“Bəs biz bu videokonfransı mövcud internetlə həyata keçirə biləcəyikmi? Pandemiya dövründə gördük ki, ölkədə internetlə bağlı problem var”. /Modern.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın