Ərdoğan 47 general və admiralı istefaya göndərib
Bu gün Ankarada Beştəpədəki Prezident Sarayında Ali Hərbi Şuranın (YAŞ) toplantısı keçirilib.
APA.az-ın yerli bürosunun xəbərinə görə, toplantıda 14 general və admiralın daha yüksək rütbəyə yüksəlməsi, 40 polkovnikin general və admirallığa irəli çəkilməsi, 12 general və admiralın səlahiyyətlərinin 1 il, 313 polkovnikin səlahiyyətlərinin 2 il uzadılması barədə qərar verilib. Bu il sentyabrın 1-dən isə 47 general və admiral istefaya göndəriləcək.
Qeyd edək ki, saatyarımlıq toplantıda polkovniklərin və generalların təltif olunmalarının təqdimatı, səlahiyyət müddətlərinin uzadılması, vəzifə təyinatları və təqaüdə göndərilmələri müzakirə edilib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın