Ərdoğan balıq alıb, Zəriflə görüşə getdi - Video
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşə gedərkən yol kənarındakı mağazadan balıq alıb.
Dövlət başçısının olduğu avtomobil bir müddət mağazanın yanında dayanıb və Ərdoğan buradan vətəndaşları salamlayıb.
Mağaza satıcısının sözlərinə görə, Ərdoğan çəkisi 10 kiloqramdan çox olan Lahoz balığı alıb:
“Gözəl seçim etdi. Hər zaman buradan keçəndə bizi salamlayır. Dünya liderim gəlib, insan xoşbəxt olmaya bilərmi?!”/Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın