Ərdoğan Baxçalının evinə getdi

Ərdoğan Baxçalının evinə getdi 

Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə görüşüb.

 Ərdoğan Baxçalını evində ziyarət edib.

Dövlət başçısı ilə partiya sədri ölkə gündəmini, siyasət, eyni zamanda, mövcud iqtisadi vəziyyətə dair mühüm məsələləri və bəzi qanun layihələrini müzakirə ediblər.

AKP sözçüsü Ömər Çelik qeyd edib ki, görüş bir saat davam edib. Ərdoğan Baxçalıya ad günü hədiyyəsi təqdim edib.

Qeyd edək ki, Ərdoğanla Baxçalı son dəfə ötən il noyabrın 17-də görüşüblər.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi