Ərdoğan buna layiqdir – Pentaqonun sabiq müşaviri
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nobel Sülh Mükafatına namizəd göstərilməyə layiqdir.
Bunu Pentaqonun sabiq müşaviri Dov Zakheym deyib.
“Şübhə yoxdur ki, taxıl müqaviləsi Türkiyə prezidenti üçün böyük qələbədir. Ərdoğan İstanbulda imzalanan sazişin mərasiminə qatılıb və BMT-nin baş katibi Antonio Quterreşdən yüksək tərif alıb. Ərdoğanın xarici siyasəti sərt ola bilər, ancaq anlaşmanın mümkün olmasının tək səbəbi var - Müharibə aparan tərəflərlə əlaqələri yaxşı inkişaf etdirməyi bacarmaq. Bu səbəbdən Ərdoğan ən azı Nobel Sülh Mükafatına namizəd göstərilməyə layiqdir”, - sabiq müşavir bildirib./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın