ƏRDOĞAN ƏN MÜHÜM NAZİR POSTUNA ONU TƏYİN EDİR... - "Dünən 2 dəfə görüşüb..."
Türkiyədə seçkilərdən sonra prezident postunu qoruyan Rəcəb Tayyib Ərdoğan yeni komanda formalaşdırmağa başlayıb.
Hazırda ölkə iqtisadiyyatında müəyyən problem yaşandığından iqtisadiyyata cavabdeh nazir postunu hansı kadrın tutacağı böyük maraqla gözlənilir.
"Hürriyət" qəzetinin köşə yazarı Abdulkadir Selvinin yazdığına görə, bir müddətdir Ərdoğanın ətrafı ilə danışıqlar aparan keçmiş iqtisadiyyata cavabdeh Dövlət naziri Mehmet Şimşəkin yenidən bu posta gətiriləcək
“Mehmet Şimşək dünən iki dəfə Prezident Ərdoğanla görüşdü və nəhayət iqtisadiyyatın idarəçiliyini öz üzərinə götürməyə qərar verdi” - deyə, o, qeyd edib.
Selvi yazıb ki, Şimşək Ərdoğandan Mərkəzi Bankın idarəçiliyi və faiz siyasəti ilə bağlı təminat alıb və bundan sonra iqtisadiyyatın idarəçiliyini öz üzərinə götürməyə razılaşıb.
Ekspertlərə görə, xarici yatırımcılar, maliyyə dairələrində böyük nüfuzu olan M.Şimşəkin bu posta gətirilməsi iqtisadiyyatdakı problemlərin daha sürətlə həll olunmasına gətirib çıxara bilər./AzPolitika.info
Bu xəbər üçün şərh yazın