Ərdoğan Finlandiyanın NATO-ya daxil olmasını istəmir
Finlandiya və İsveçin NATO-ya daxil olmasına müsbət baxmırıq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Çünki bizdən öncəki hakimiyyət Yunanıstanla bağlı NATO mövzusunda yanlış qərar verib. Beləliklə, Yunanıstanın NATO-ya arxalanaraq Türkiyəyə qarşı davranışını bilirsiniz. Skandinaviya ölkələri terror təşkilatların yuvasına çevrilib. PKK, DHKPC terror təşkilatları İsveçdə, Niderlandda yuvalanıb. Hətta, həmin ölkələrin parlamentlərində də yer alırlar. Buna görə, onların Alyansa qoşulmasına müsbət yanaşmağımız mümkün deyil”, - Ərdoğan bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın