Ərdoğan koronavirusdan necə qorunduğunu açıqlayıb

Ərdoğan koronavirusdan necə qorunduğunu açıqlayıb 

“Hər səhər bir qaşıq tut bəhməzi qəbul edirəm”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.

Jurnalistin prezidentin virusdan qorunması üçün xüsusi tədbiri varmı sualına R.T.Ərdoğan belə cavab verib: “Bir tövsiyəm var. Qidalarınıza diqqət edin. Xəstəliyə qarşı xüsusi tədbirimiz varmı soruşsanız, inanın ki, elə bir tədbir yoxdur. Vücudu güclü tutmalıyıq. Bizim bəzi dostlar sağ olsunlar, arada tut bəhməzi göndərirlər. Mən hər səhər bir qaşıq tut bəhməzi qəbul edirəm. Çünki orqanizmdə qan yaradır. Əsasən Ərzurumdan gəlir”./report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi