“Ərdoğan mənə NATO-dan çıxa biləcəklərini dedi” -

“Ərdoğan mənə NATO-dan çıxa biləcəklərini dedi” - Jirinovskidən növbəti ŞOK AÇIQLAMA

Rusiyalı siyasətçi Vladimir Jirinovksi Türkiyə prezidentinin ona NATO-dan çıxa biləcəyini söylədiyini bəyan edib.

Rusya Liberal Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovski Ərdoğanla olan söhbəti barəsinə dünən axşam iştirak elədiyi televiziya proqramında danışıb. O, R.T.Ərdoğanla iki dəfə görüşdüyünü və şəxsən söhbət eləmək imkanın olduğunu deyib və əlavə edib: “Ərdoğan mənə NATO-nu tərk edə biləcəklərini və Şanxay Əməkdaşlıq Təşkilatına üzv ola biləcəklərini söylədi. Mənvə, belə bir addım NATO üçün böyük bir zərbə olar. Çünki, Türkiyə onun cənub qanadıdır”.

Aparıcı “Ərdoğan doğrudanmı bunu sizə söylədi” sualının cavabında Jirinovski deyib: “Üzbəüz görüşümüzdə. Mən həm onun türkcə dediyini anlayıram, həm də onun dedikləri rus dilinə tərcümə edilir. Təkcə NATO-dan çıxacaqlarını yox, ən qısa müddət ərzində ŞƏT-ə daxil olmaq istədiklərini də deyib”.

Jirinovksi, açıqlamasına mat qalan aparıcının: “Dövlət sirrini açmış olmursunuzmu?” sualının cavabında: “Burada gizli heç nə yoxdur”, - deyib./Hurriyyet.org

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi