Ərdoğan: "Putinə dedim ki, Qarabağda qırmızı xətlərimiz keçilsə, atamızın oğlu belə olsa, göz yummayacağıq”
Vladimir Putinlə Qarabağla bağlı danışanda qırmızı xətt barədə də dedim.
Faktinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Putinə məsələnin birlikdə həlli üçün təkliflər səsləndirib:
“Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən 30 il ötməsinə baxmayaraq, Minsk üçlüsü problemi həll etmədi. Hər iclasda oturdular, danışdılar, getdilər. Ermənistan yenə hücum etdi və Azərbaycan əks-hücuma keçdi, proses davam edir. Liderlə bu məsələni danışırıq. Sonuncu dəfə Rusiya Prezidenti Vladimir Putinlə ətraflı danışdım. Putinə dedim ki, istəsəniz, gəlin, Qafqazdakı münaqişəni birlikdə həll edək. Siz Ermənistanın Baş naziri Nikol Paşinyanla, mən də İlham qardaşımızla danışım. Nümayəndələrinizi, XİN rəhbərlərinizi göndərin, qərar verməliyik: bu işi həll edirik, ya yox. Dedim mən səmimiyəm, sizin də səmimi olduğunuza inanıram. Gözəl danışıq oldu. Təbii ki, qırmızı xətlərimizi də dedim. Qırmızı xətlərimiz keçilsə, atamızın oğlu belə olsa, göz yummayacağıq”.
Bu xəbər üçün şərh yazın