Ərdoğan qorxusu İsraildə “seçki yarışına” çevrildi
Martın 2-də İsraildə keçiriləcək 23-cü çağırış Knessetinə seçkilərdə namizəd olan bu ölkənin Baş naziri Benyamin Netanyahu və Kaxol-Lavan Blokunun lideri, Baş Qərargahın sabiq rəisi Benni Qantz arasında rəqabət böyüyür.
B.Qantz şəxsi Tvitter hesabında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın videosunu paylaşaraq, Netanyahu yenidən seçiləcəyi halda onun (Ərdoğanın) yenə hakimiyyətdə qalacağını bildirib:
“Ərdoğan rəhbərliyini ancaq Kaxol-Lavan Bloku əngəlləyə bilər”, – Qantz vurğulayıb.
Qeyd edək ki, İsrail seçkkiyə girən partiyaların Türkiyə liderindən daxili siyasətdə piar kimi istifadə etməsi cəhdləri xüsusi diqqət çəkir./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın