Ərdoğan razılaşdı, NATO qorxdu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə rusiyalı həmkarı Vladimir Putinlə raket əleyhinə müdafiə sistemi S-400-lə bağlı razılıq əldə etməsi NATO-nun narahatçılığına səbəb olub.
Faktinfo.az Sputnik-ə istinadən xəbər verir ki, xarici ekspertlər hesab edirlər ki, Türkiyənin Rusiya sistemlərini NATO standartlarında havadan müdafiə sistemlərinə inteqrasiya etməsi Qərb üçün problem yarada bilər.
Mütəxəssislər Türkiyənin müdafiə sistemini gücləndirməsinin NATO üçün narahatçılıq doğurduğunu bildiriblər.
Türkiyəli siyasi ekspertlər bildiriblər ki, Rusiyanın müdafiə sistemləri NATO-nu çaşdırmamalı və bu sistemlər quruma yaranacaq təhdidlərə qarşı istifadə ediləcək.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın