Ərdoğan toplantı keçirdi, Qarabağ müzakirə olundu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu gün Ali Məşvərət Şurasının toplantısı keçirilib.
3,5 saat davam edən toplantıda Dağlıq Qarabağ problemi, Suriya məsələsi, Liviya böhranı, Yəməndəki müharibə və Şərqi Türküstanda baş verənlər müzakirə olunub.
“Türkiyə heç bir zülmə səssiz qalmadığını, bütün soydaş və qardaşlarının haqq və hüququnu müdafiə etməkdə nələri gözə ala biləcəyini son vaxtlar Suriya, Liviya, Kipr və Dağlıq Qarabağdakı addımlarla göstərdi, uyğur türklərinin problemlərinin həlli üçün çalışdı”, - iclasdan sonra yayılan məlumatda qeyd olunub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın