Ərdoğan: "Ukraynanın müstəqilliyi və ərazi bütövlüyü əsas prioritet mövzu olmalıdır"

Ərdoğan: "Ukraynanın müstəqilliyi və ərazi bütövlüyü əsas prioritet mövzu olmalıdır" 

"Biz Rusiya və Ukrayna arasında aparılan danışıqları yaxından izləyir və dəstəkləyirik. Ukraynanın müstəqilliyi və ərazi bütövlüyü əsas prioritet mövzu olmalıdır".

Pravda.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının Brüsseldə keçirilən fövqəladə iclasında bildirib.


"Biz Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Voladimir Zelenski ilə danışıqları davam etdirəcəyik. Məqsədimiz iki lideri bir araya gətirməkdir. Zelenski Türkiyənin vasitəçilik rolunu üzərinə götürməsini istəyir. Putin də buna müsbət yanaşır" - Ərdoğan qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi