"Ərdoğan zəng etdi və niyə bu məsələni qaldırmadığımı soruşdu" - Putin
Çin və Hindistanla yanaşı Türkiyə G7-yə oxşar geniş formatda iştirak edə bilərdi və bu yerinə düşərdi.
Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumu (ŞİF-2019) çərçivəsində keçirilən plenar iclasda deyib.
"Türkiyə Prezidenti Ərdoğan bu yaxınlarda mənimlə danışdı. O bütün bu vəziyyətə reaksiya verərək deyir:" Niyə Türkiyənin bu tərkibdə olması məsələsini qaldırmadınız?" Düşünürəm ki, S-400 əldə etdikdən- səmadan etibarlı şəkildə qorunmasından sonra əlbəttə ki, Türkiyənin bu formatdakı işi münasib və uyğun olardı. Mən onun beynəlxalq işlərdə və bölgədəki rolunu nəzərdə tuturam",-deyə o vurğulayıb.
Onun sözlərinə görə, bu gün G20 iqtisadi sahədə mövqelərin əlaqələndirilməsi məsələləri ilə məşğul olan və ən çox nümayəndəliyin təmsil olunduğu beynəlxalq təşkilatdır.
Qeyd edək ki, Beşinci ŞİF-2019 4-6 sentyabr tarixlərində Vladivostokda keçirilir.
Bu xəbər üçün şərh yazın