ƏRDOĞANDAN ƏRƏB BİRLİYİ VƏ NATO-ya SƏRT MESAJ:"Biz Türkiyəyik..."
“”Barış pınarı” antiterror əməliyyatının hədəfi Suriyanın ərazi bütövlüyü və sabitliyidir”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin yerli təşkilat sədrlərinin genişləndirilmiş toplantısında deyib.
O bildirib ki, burada əsas hədəfləri terrorçu PKK/YPG-PYD qruplaşmasıdır: “Sərhədimiz təhdid altındadır. Bundan başqa, ölkəmizdə 3 milyon 600 min suriyalı var. Onlar evlərinə dönmək istəyirlər. Ey Avropa İttifaqı, bizim keçirdiymiz əməliyyatı işğal adlandırsanız, qapıları açar, 3,6 milyon qaçqını buraxarıq. İndi pul sayırlar. Deyirlər ki, yardımın ikinci hissəsini göndərməyəcəklər. Biz sizdən nəsə alaraq hərəkət etməmişik. 40 milyard dollar xərcləmişik. Həyatınız yalan üzərində qurulub.
Bəşər Əsəd 2011-ci ildən bəri 1 milyon vətəndaşını öldürüb. PKK/YPG-PYD-ni terror qruplaşması olaraq tanımayanlar bizim atdığımız addıma qulp qoşurlar. Deyirlər ki, biz kürdlərə qarşı əməliyyat aparırıq. Ancaq Suriyanın Kobani şəhərindən 300 min kürdü Türkiyədə yerləşdirmişik. Türkiyənin İŞİD-ə qarşı mübarizəsini indiyədək hansı ərəb dövləti aparıb?
Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi əməliyyatı araşdıranlar bu suala cavab versinlər. Biz cənub qonşumuzda terror dövlətinin qurulmasına imkan verməyəcəyik. Buradan NATO-ya müraciət edirəm: Biz Türkiyəyik. Onlara NATO nizamnaməsinin 5-ci maddəsini xatırladıram. Siz indiyədək NATO üzvü olan Türkiyəyə terrora qarşı mübarizəsində hansı yardımı etmisiniz? NATO-nun üzvlük haqqını ödəyən ilk 5 ölkəsindən biriyik. Siz bizi bir neçə terror dəstəsinə dəyişəcəksiniz?”.
Xatırladaq ki, bu gün Ərəb Birliyi bəyanat yayaraq Türkiyənin apardığı yeni əməliyyatın qəbuledilməz olduğunu bildirib. Quruma üzv ölkələr məhz bu əməliyyata etiraz etmək üçün oktyabrın 12-də toplaşacaqlar./strateq.az
Bu xəbər üçün şərh yazın