Ərdoğandan tarixi çıxış :

Ərdoğandan tarixi çıxış : Ən güclü olduğumuz dövrdəyik

Cümhuriyyət tarixində ən böyük infrastruktura, yaxın tariximizin ən savadlı insan resurslarına sahibik. Artıq öz strategiyasını müəyyənləşdirən, taktikalar tətbiq edən, hədəflərinə doğru yürüyən müstəqil bir Türkiyə var.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin gənclər təşkilatlarının iştirakı ilə keçirilən toplantıda deyib.

"Bütün təxribat səylərinə baxmayaraq, birlik və həmrəyliyin ən güclü olduğu dövrdəyik. Tariximizin hər sahəsində qətiyyətlə irəlilədiyimiz zamandayıq. Ölkəmizi kosmosda təmsil edəcəksiniz. Dizayndan proqrama, istehsaldan inkişafa qədər yeni iqtisadiyyatın hər mərhələsində olacaqsınız. Rəqəmsal dünyanı quracaqsınız. Universitetlərimizi marjinal qruplar üçün fəaliyyət sahəsi olmadan bir elm evi halına gətirəcəksiniz", - Ərdoğan gənclərə müraciətində qeyd edib.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi