“Ərdoğanın əleyhinə danışırsansa, vətən xainisən” - Tural Abbaslı
AĞ Partiyanın lideri Tural Abbaslı internet kanallarından birinə müsahibəsində qalmaqal yaradacaq açıqlama verib.
Gununsesi.info-nun xəbərinə görə, partiya sədri Azərbaycanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tənqid edilməsinə qarşı çıxıb: “Son zamanlar baxıram ki, Ərdoğana dil uzadırlar. Mənə dəxli yoxdur ki, Ərdoğan demokratdır, ya demokrat deyil, yaxud, avtoritardır, ya da avtoritar deyil. Mənə vacib olan onun və Türkiyənin Azərbaycanın milli maraqlarının yanında olmasıdır. Bizim torpaqlarımızın azad olunmasında Ərdoğanın və Türkiyənin rolu var. Ona görə də Ərdoğanın əleyhinə danışırsansa, vətən xainisən”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın