Ərdoğanla şəkil çəkdirən futbolçuya qarşı xoşagəlməz addım –Maşınına zərər vurdular

Ərdoğanla şəkil çəkdirən futbolçuya qarşı xoşagəlməz addım –Maşınına zərər vurdular 

Almaniya millisinin türk əsilli futbolçusu İlkay Gündoğanın avtomobilinə Səudiyyə Ərəbistanı ilə yoldaşlıq oyunu zamanı hücum edilib.

Gündoğanın Kölndə saxladığı avtomobilinə naməlum şəxslər hücum edərək zərər vurublar.

Hazırda məsələnin Gündoğanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü ilə əlaqədar olub olmaması araşdırılır.

Xatırladaq ki, Almaniya ilə Səudiyyə Ərəbistanı arasındakı yoldaşlıq oyununda Məsud Özil və İlkay Gündoğan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla şəkil çəkdirdikləri üçün fitə basılmışdı

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi