Ərəb turist kanalizasiya quyusuna düşdü
Bakının Nizami küçəsində maraqlı hadisə yaşanıb.
Faktinfo.az Azxəbər.com-a istinadən xəbər verir ki, hadisə Bakıya səyahət edən ərəb əsilli turistin başına gəlib. Görüntülərdə ərəb turistlə telefonunu tapan taksi sürücüsünün dialoqu müşahidə olunur. Ərəb turist telefonunu tapan taksi sürücüsünə 50 manat mükafat verir.
Taksi sürücüsü isə bu məbləğin az olmasını iddia edərək onu götürmür.
Bu zaman ərəb turist arxadakı üstü açılan kanalizasiya quyusunu görmür və nəticədə onun içinə düşür. Turist ətrafdakı insanların köməkliyi ilə quyudan çıxarılır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın