Erməni analar: “Bizə yalnız İlham Əliyev kömək edə bilər” - VİDEO

Erməni analar: “Bizə yalnız İlham Əliyev kömək edə bilər” - VİDEO 

"Caliber” "YouTube” kanalı İrəvandakı əsgər analarının etirazlarından video görüntülər təqdim edib.

Etiraz aksiyasında erməni qadın rəsmi İrəvanı övladlarının axtarışı istiqamətində fəaliyyətsizlikdə günahlandırır və Azərbaycanın tərəfinə keçməyə hazır olduğunu deyir.

 

"Nə edim ki, İlham Əliyev səsimi eşitsin? Eşitsə, əlimi tutub deyəcək ki, gəlin gedək oğlunuzu tapaq. Buna əminəm!”, - deyə o bildirib.

 

Bu erməni qadınının sözləri açıq şəkildə erməni xalqının öz hakimiyyətindən məyus olduğunu göstərir. Xüsusilə onun hakimiyyət və müxalifətə qarşı lənətləri diqqət çəkir.

 

Heç mübahisə üçün də yer də yoxdu – axı onların mövcud hakimiyyəti Azərbaycan xalqına qarşı təhqiramiz hərəkətlərlə müharibəni başlamaq üçün demək olar ki, əlindən gələni etdi. Axı, əvvəl iyulda, daha sonra sentyabrda məhz erməni tərəfinin düşünülməmiş təxribatları böyük müharibəyə, hər iki tərəfdə çoxsaylı itkilərə səbəb oldu. Və bugünkü erməni müxalifəti ölkənin keçmiş rəhbərliyidir, hansı ki, prinsipcə, 1990-cı illərdə Dağlıq Qarabağdakı separatçı hərəkata rəhbərlik edərək Azərbaycanla qarşıdurmaya başlayıblar.

 

Bu müxalifət liderləri arasında əlləri Azərbaycan xalqının qanına bürünmüş insanlar kifayət qədərdir. Həm də bu müxalifətin liderləri bir zamanlar Xocalıdakı hadisələrdən kinayəli şəkildə danışaraq Azərbaycan və erməni xalqlarının genetik baxımdan uyğunsuz olduğunu bildirirdilər. Azərbaycanda Ermənistan hakimiyyət orqanlarının bu cür siqnalları və bəyanatlarını açıqca eşidirlər, lakin bu bəyanatların sadə erməni xalqının arzularını əks etdirmədiyini anlayırlar.

 

Təəssüflə bildirmək məcburiyyətindəyik ki, erməni xalqı öz hakimiyyət orqanlarının və düşünülməmiş siyasi, ekspansionist, millətçi baxışlarının və istəklərinin əsiri olub. Azərbaycan hökuməti Ermənistandakı və erməni xalqının içindəki vəziyyəti çox yaxşı başa düşür və bu səbəbdən Bakıdan gələn siqnallar kifayət qədər aydın və ünvanlıdır.

 

Noyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, onun ölkəsinin erməni xalqı ilə problemi yoxdur. "Bu 44 gün ərzində çoxsaylı müsahibələrimdə demişəm ki, onlar bizim vətəndaşlarımızdır və onlar görəcəklər ki, Azərbaycanın rəhbərliyi altında yaxşı yaşayacaqlar, onlar cinayətkar, qorxaq xunta rejimindən qurtulmalıdırlar”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi