Erməni ekspert: Praqada “artsax işi” bağlandı

Erməni ekspert: Praqada “artsax işi” bağlandı 

Praqada (Çexiya) Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan və Türkiyə liderləri ilə görüşləri zamanı “artsax məsələsi”nə yağlı nöqtə qoyuldu. Bu məsələ həmişəlik bağlandı!

Bu fikrləri məşhur erməni siyasi icmalçı Anjela Əlibəyova “Review” verilişinin efirində səsləndirib.

“BMT-nin qərarından və Erməni parlamentinin son bəyanatından anladığımız qədər, İrəvan hakimiyyəti Praqada “artsax məsələsi”nin həllindən imtina etdi. Paşinyanın əsas məqsədi Ermənistan Respublikasının ərazi bütövlüyünə diqqət yetirmək və saziş bağlamaq idi.

Kimsə Ermənistanda Paşinyanı buna görə günahkar bilməyəcək. Heç kim. Ermənilər müharibədən qaçmaq üçün hər şeyə razı olacaqlar. Bizim hərbi fəaliyyətimizdə acı təcrübəmiz var”, - deyə o bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi