Ermənilər Ərdoğana təşəkkür etdi: "Əllərindən öpürük, onun sayəsində..."

Ermənilər Ərdoğana təşəkkür etdi: "Əllərindən öpürük, onun sayəsində..." 

Suriyanın Cerablus şəhərində yaşayan ermənilər Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusuna təşəkkür edib.

“Fərat qalxanı” əməliyyatı sayəsində İŞİD terror təşkilatının işğalından azad edilən şəhərdə azad şəkildə yaşadıqlarını və təhlükəsizlikdə olduqlarını bildirib.

İllərdir şəhərdə kompakt şəkildə yaşayan ermənilər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür etməyi unutmayıblar: “Onun əllərindən öpürük. O bizə hürriyətimizi verib. Sayəsində nəfəs alırıq. Heç kim heç kimə bu yaxşılığı etməzdi. O gerçək bir insandır”.

Qeyd edək ki, hazırda Cerablusa Suriya Milli Ordusu nəzarət edir.

Şəhər 24 avqust 2016-cı ildə terrorçulardan təmizlənib./Müxalifət.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi