Ermənilər Kəlbəcər meşələrində diversiya qrupları yaradır

Ermənilər Kəlbəcər meşələrində diversiya qrupları yaradır - VİDEO

Ermənistan Azərbaycanın işğal altındakı torpaqlarında könüllü hərbi birləşmələr yaradır.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, keçmiş kəşfiyyatçı Vova Vardanovun Qarabağ meşələrində yaratdığı silahlı birləşmələrin tərkibindəki qızlar və oğlanlar ekstremal şəraitdə sağ qalmaq, diversiya aktları törətmək və s. vərdişlərə yiyələnirlər.

Təlimlərdə sabiq SSRİ və Ermənistanın xüsusi təyinatlı dəstələrində xidmət keçmiş təcrübəli döyüşçülər dərs keçirlər.

Növbəti təlimlərin fevralın 1-9-u aralığında Kəlbəcər meşələrində, Tərtər çayı sahilində keçirilməsi planlaşdırılır. Təlim-tədris məşqlərinə yerli və diaspor erməniləri maliyyə yardımı ayırırlar.

Təlimlərlə bağlı videogörüntülərin sonuncusunda ABŞ-ın Nyu-York şəhərində yaşayan 27 yaşlı Vartan adlı riyaziyyat müəllimi danışır. Təlimlərə könüllü kimi qatılan diaspor ermənisi video paylaşıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi