Erməniləri ifşa edən 23 yaşlı gürcü qızı
“Dağlıq Qarabağ” rejimini silahla təmin edən mafiyanın gerçək üzü
18 iyul 2020-ci il tarixdə Gürcüstanın başkəndi Tiflisdən 65 kilometr aralıda yerləşən Ağbulaq (indiki Tetriskaro) rayonu ərazisində gürcü jurnalist-araşdırmaçısı Tamar Baçaliaşvili şəxsi avtomobilində ölmüş durumda tapıldı. Ölkənin Baş Prokurorluğu səviyyəsində cinayət işi açılsa da, bu günə kimi cinayətin üstü açılmayıb. Peşəkar istintaqçıların fikrincə, onun ölümünün motivi son yazılarındakı mövzularla bağlıdır. O da bəllidir ki, həmin araşdırma yazılardan biri xüsusilə diqqət çəkəndir. Bu, Gürcüstan üzərindən üç məmurun əlbir olaraq Ermənistana qanunsuz yolla silahların daşınması mövzusundan ibarətdir. Xəbər KİV-lərdə bomba kimi partlamışdı. Elə bu hadisədən sonra Gürcüstan hökuməti quru və hava məkanı üzərindən Ermənistana daşınan yükləri ciddi şəkildə nəzarətə götürdü. 27 sentyabr 2020-ci ildə Ermənistanın 30 ildir davam edən işğalçılıq siyasətinə qarşı II Qarabağ Savaşı dönəmində Gürcüstanın nəzarət sisteminin Azərbaycan tərəfinə xeyli dərəcədə köməyi dəydi.
Tamar Baçaliaşvili ölümündən öncə təhdid olunurdu
23 yaşlı jurnalist Tamar Baçaliaşvilinin yerli KİV-lərdə gedən araşdırma məqalələrinə görə, gürcü məmurlar tərəfindən davamlı şəkildə təhdid olunması barəsində onun ölümündən sonra çoxsaylı informasiyalar gündəmə gətirildi. Baş Prokurorluqda açılmış cinayət işi ilə bağlı müstəntiqlər təhdid versiyasını təkzib etməyiblər. Tamar Baçaliaşvili “IT Texnologiyası” üzrə peşəkar səviyyədə təhsil almışdı. Qanunsuz silah alverçiləri ilə bağlı silsilə yazıları isə xüsusilə diqqət çəkirdi. Separatçı Abxaziya və Güney Osetiya üzərindən Rusiyadan Gürcüstana və oradan da Ermənistana silah daşınması, bu məsələdə çox güclü silah mafiyasının olması faktları ortaya çıxmışdı. O da bəlli idi ki, həmin silahların çoxu qanunla qadağan olunmuş kimyəvi silahlardan ibarət idi. Tamar Baçaliaşvili əsasən faktları bu məsələyə yönəldirdi. Tamarın ailəsinin açıqlamasında bildirilir ki, bu günə kimi cinayəti kimlərin törətdiyi bəlli deyil. Amma, bəzi KİV-lər bunu “özünəqəsd” kimi yorumlayırlar. Baş Prokurorluğun açıqlamasında isə, qeyd olunur ki, Tamar Baçaliaşvili narkotik maddələrin istifadəçisi olmayıb. Bunu onun qan analizləri də sübut edir.
Qanunsuz silah ticarətinin izinin qondarma “Dağlıq Qarabağ” rejimi ilə bağlılığı
Bu il sentyabr ayının ilk həftəsində Tamar Baçaliaşvilinin məqalələrinə görə ölümü ilə bağlı müstəqil araşdırmaçılar bildirdilər ki, onun məqalələrində toxunulan qanunsuz silah alveri işində qondarma “Dağlıq Qarabağ” rejimini ifşa edəcək faktlar üstünlük təşkil edir. Tamarın ailəsi və yaxın qohumları elə bu ərəfədə ABŞ-ın Tiflisdəki səfirliyi ilə görüşərək, istintaq işinin FBR tərəfindən aparılmasında maraqlı olduqlarını qeyd ediblər. Ailənin vəkilinin açıqlamasında o da bildirilir ki: “Tamarın avtomobili yenidən ekspert rəyindən keçməlidir. Çünki, onun avotmobilinin arxa oturacaq yerində təzyiqi aşağı salan dərmanların izi ortaya çıxıb. Bundan əlavə allergiya ilə bağlı dərman tapılıb. Alkoqol problemi ilə bağlı ekspertlərin rəyində də qeyd olunub ki, heç bir problem yoxdur. Tiflisdəki “Mitavari Arkhi TV” kanalına açıqlama verən ekspertlər də bu faktı təsdiq ediblər. Tamar Baçaliaşvilinin ailəsi Baş Prokurorluğun əməkdaşları tərəfindən onlara qarşı təzyiqlər olunması barəsində ölkə KİV-lərinə xüsusi açıqlama veriblər. Tamarın anası qızının ölümündən əvvəl saxladığı qeydləri jurnalistlərlə niyə bölüşdüyünü prokurorluq işçiləri tərəfindən təhdid olunduğunu da goizlətməyib. Tanınmış jurnalist Georgi Kapanadze Tamar Baçaliaşvilinin ölümü ilə bağlı bunları bildirib: “Onun qeydlərində bildirilir ki, artıq gücüm çatmır. Belə mövzularda çoxlu qeydləri var”.
“Sakartvelo online”nin açıqlamasında isə qeyd olunur ki: “Tamar Baçaliaşvilinin yazışmalarındakı gizli fayllar var. Həmin fayllarda ölkədəki iriçəkili məmurlarla bağlı çoxlu bilgilər yer alıb. İndi onların şifrəsini tapmaq əsil problemə çevrilib”.
Tamarın ailəsinin prokurorluq işçilərinin şübhəli davranışlarını ifşa etməsi sensasiya daşıyır. Elə bu məqsədlə də Tamarın anası Teona Tamazaşvili baş nazir Georgi Qaxariyaya məktubla müraciət edib. Teona Tamazaşvili bəyanat yayaraq demişdir: “Mənə təzyiq göstərən üç məmur qondarma “Dağlıq Qarabağ” rejiminin silahla təchizhatında iştirak edirlər. Azərbaycan və Türkiyə hökumətlərinə müraciət edirəm ki, Gürcüstan hökumətinin məsələ ilə bağlı maraqlanması prosesini sürətləndirsin.
Mənim qızımın ölümünün izini itirmək üçün bir sıra şirkətlər milyonlar xərcləməyə hazırdırlar. Xüsusilə dövlət təhlükəsizlik xidmətinin bir sıra yüksək çinli məmurları mənim qızımın ölümündə əli var”.
Ermənistan xüsusi xidməti Tamar Baçaliaşvilini şahid kimi öldürüb
1948-ci ildə sovet diktatoru İosif Stalin Gürcütanda azərbacanlıları və erməniləri sıxışıdıraraq, onlara məxsus mədəni-sosial təsisatları ləğv etdirmişdir. Belə bir durumla üz-üzə qalan azərbacanlılara məxsus Tiflisdəki “Dövlət Teatrı”, “Pedaqoji Universitet”, bir neçə texnikum, onlarca sayda orta məktəblər və uşaq baxçaları,
qəzet və jurnallar qapadılmışdı. Ona görə də işsiz qalan soydaşlarımız Azərbaycana köçməli oldular. Ermənilər bütün təsisatlarının qapadılmasına baxmayaraq, gürcü etnik kimliyini qəbul edərək bu gün də Tiflisdə yaşamaqda davam edirlər. Ermənistan və Gürcüstandakı erməni çevrələri demək olar ki, vahid komanda şəklində çalışırlar.
Onları ifşa edənləri məhz elə Tiflisdə neytrallaşdırma siyasətini yürüdürlər. Tamar Baçalişvili jurnalist-araşdırmaçı olmaqla yanaşı, həm də bilgisayar proqramçısı idi. 18 iyulda Tamar Baçalişvilinin beş gün sonra cənazəsi elə öz maşınında tapılıb. “IP Proqramı” üzrə əksər müstəqil mütəxəssislər bildirirlər ki: “Tamar bir sıra gizli kodları və faylları aça bilmişdi. Əgər gənc proqramçının ölümü ilə bağlı düzgün istintaq işi aparılarsa, o zaman Ermənistanın siyasi hakimiyyətinin iflasına nöqtə qoyulacaq. Baş nazir Nikol Paşinyanın son aylarda siqaret və briliyant mafiyası ilə bağlılığını ifşa edən sənədlərin üzə çıxmasının ardından, qanunsuz silah ticarətində əli olması isə onun hakimiyyətinin sonu deməkdir”.
Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan sensasiya doğuracaq bir açıqma verərək demişdir: “Nikol Paşinyan demokratiya pərdəsinə bütünmüş və əslində silah mafiyasının nümayəndəsi kimi baş nazir kürsüsünü zəbt edib. Onun gizli silah ticarətçiləri ilə sıx əlaqələri mövcuddur. Ermənistan son iki ildə Rusiyadan güzəştli silahlar alaraq üçüncü ölkələrə satıbdır. Özəlliklə də bu silahlar Orta Doğu və Afrikadakı konflikt bölgələrinə çatılıbdır”.
“Soros Fondunun uşaqları” deyə adlandırılan Nikol Paşinyanın xüsusi qrupu gizli silah ticsrətini Gürcüstan üzərindən idarə etməklə əslində qonşu dövləti də çıxılmaz duruma salmaq taktikasını yürüdürdü. Gürcüstanın Ahısqa (Samtsxe Cevaxetiya) vilayətində yaşayan ermənilərin vasitsilə əməliyyatlar aparılırdı. Əldə olunan gəlirin bir hissəsi “Ahısqa” vilayətinə və “Dağlıq Qarabağ” rejiminə verilirdi. Beləliklə kriminal ünsürlər hər iki bölgədə özlərini güclü sayırdılar. “Dağlıq Qarabağ” rejiminin keçmiş müdafiə naziri və hazırda İrəvanda “Vahid VətənPartiyası”na rəhbərlik edən Samvel da Babayan Nikol Paşinyanın gizli şəriklərindən biri kimi qondarma “Dağlıq Qarabağ” rejiminin silahla təzhizatına rəhbərlik edirdi.
“Psixotrop” dərman izi ilə cinayətin ört-basdır edilməsi
Sentyabr ayının 4-də Baş Prokurorluğun açıqlamasına görə Tamar Baçaliaşvilinin bədənində çoxsaylı psixotrop dərmanların tapıldığı qeyd olunubdur. Onun ailəsi isə, israrla bildirir ki, Tamar heç bir zaman psixotrop dərman qəbul etməyib. Narkotik maddələrdən uzaq olub. Müstəqil ekspertlərin araşdırmalarına görə, Ermənistana Gürcüstan üzərindən qanunsuz yollarla silahlar Rusiyadan deyil, həm də Serbiya üzərindən eksport olunur. Serbiya xüsusilə reaktiv silah növlərini və orta çaplı silahlar üçün güllələrin təchizatında önəmli yer tutur. Ermənistan KİV-ləri qanunsuz silah ticarəti məsələsinə görə beynəlxalq miqyasda cinayət əməllərini ört-basdır etmək üçün yerli KİV-lərin vasitəsilə genişmiqyaslı təbliğatları hələ də davam etdirir. Tamar Baçalişvilinin şübhəli şəkildə ölümü ilə bağlı gündə bir versiya irəli sürməklə əsas məqsəddən yayınmaq hədəfləri isə göz önündədir. Erməni KİV-ləri utanmadan qeyd edirlər ki: “23 yaşlı IP proqramçısı Tamar Baçalişvili saatda 150 dollar pul qazanırdı. Bir sıra iriçəkili məmurları ifşa etmək təhdidi ilə gizli fayllar məsələsini ortaya atırdı”. O zaman sula yaranır ki, nədən Tamar Baçaliaşvilinin ailəsi və iş yoldaşlarının bundan xəbəri yoxdur? Evindəki qeydiyyat vərəqələri nə üçün istintaq işinə əlavə olunmur? Aradan dörd ay ötüb və istintaqı aparan müstəntiqlər hələ də normal açıqlama verməkdə nə üçün çətinlik çəkirlər?
Gürcüstanın Daxili İşlər Nazirliyi açıqlama verərək Tamar Baçaliaşvilinin ölümü ilə bağlı ABŞ FBR təşkilatı ilə əməkdaşlığa hazır olduğunu açıqlayıbdır. Ancaq 23 yaşlı gənc qızın ölümü ilə bağlı hələ də istintaq öz işini yükunlaşdıra bilmir. Bunun əsil səbəbi sadəcə qanunlarla deyil, həm də gürcü cəmiyyətindəki neqativlər də bu prosesdə yalnış yerdə dayanıblar. Çünki, gürcü etnik kimliyi altında ermənilər ölkənin hər qarışı ilə bağlı istədikləri informasiyanı çox asanlıqla əldə edə və ya yaya bilirlər.
27 sentyabrdan sonra 44 gün davam edən II Qarabağ Müharibəsi zamanı Gürcüstan hava məkanını qapalı saxladı və quru yolla Ermənistana gediş-gəliş yollarının hamısını xüsusi nəzarət altına aldı. Ona görə də, qondarma Dağlıq Qarabağa əlavə silah çatdırmaq mümkün olmadı.
2003-cü ildə Mixail Saakaşvili iqtidara gələn kimi, onun ilk işi güc strukturlarında yer almış və uzun bu sahəni nepotizm qanunları ilə idarə edən bütün məmurları istefaya yolladı. Təkcə daxili işlər nazirliyindən 25 min polis əməkdaşını işdən qovmuşdu. O, eyni zamanda prokurorluq, məhkəmə, ədliyyə sistemindəki kriminal mafioz qrupları “fəxri təqaüdə” yola salmışdı. Kimsəni həbs etdirmədi. Sadəcə onların səlahiyyətini əllərindən almışdı. Beləliklə də hər hansı bir cinayət işinin üstü ən qısa zaman içində asanlıqla açılırdı. Bu gün təəssüflər olsun ki, Gürcüstan addım-addım köhnə rejimlə işləmək dönəminə üz tutub. Rusiya yönlü kadrlar bu sahədə üstünlük təşkil etməyə başlayıblar. Ona görə də, silah mafiyası istədiyi cinayəti asanlıqla həyata keçirə bilir.
Parlament və prezident nə qədər demokratik görünsə də, ədliyyə sistemi korrupsiya yuvasına çevrilməkdədir. Prokurorluq, polis, məhkəmə və ədliyyə sahəsi demokratik dəyərlər əsasında işini təşkil edərsə, o zaman bu problemlər də yaşanılmaz. 23 yaşlı gənc qız adi IP proqramı vasitəsilə böyük bir mafiyanı ifşa edə bilirsə, deməli güc strukturları istənilən cinayət əməlinin üstünü asanlıqla aça bilərlər.
Bizdən Tamar Baçaliaşviliyə rəhmət diləmək düşür.
Ənvər BÖRÜSOY
Bu xəbər üçün şərh yazın