Ermənilərin Gürcüstanın abidələrini saxtalaşdırma tarixi

Ermənilərin Gürcüstanın abidələrini saxtalaşdırma tarixi 

Ermənilərin tarixi və mədəniyyəti əzəldən bəri saxtakarlığa, riyakarlığa və oğurluğa əsaslanmışdır.

Ermənilərin onlara aid olmayan torpaqlara gəlmə olması, avtoxton olmaması və bu torpaqlarda öz havadarlarının köməyi ilə bufer dövlət yaratması artıq hər kəsə məlum bir məsələdir. Ermənilər nəinki onlara aid olmayan torpaqları işğal etmişlər, eləcə də qonşu xalqların tarixi-mədəni irsini də mənimsəməyə cəhd göstərərək onların tarixini saxtalaşdırmağa çalışmışlar. Bu baxımdan akademik [1] Manuk Abeqyanın özü də etiraf edir ki, erməni xalqının əslinin nə olduğuna, necə, nə vaxt, haradan və hansı yollarla onların buraya gəldiyinə, ermənilərin hansı tayfalarla əlaqədə olduğuna, onların dilinə və etnik tərkibinə kimin təsir göstərdiyinə dair əlimizdə heç bir aydın və dəqiq dəlillər yoxdur.

Qeyd etmək lazımdır ki, erməni təşkilatlarının Gürcüstan və gürcü xalqı əleyhinə fəaliyyətinin başlıca istiqamətlərindən biri Gürcüstan ərazisindəki tarix və mədəniyyət abidələrinin saxtakarlıqla erməniləşdirilməsi cəhdləridir. Bu məqsədlə erməni “alim” və “tədqiqatçıları” uydurma “əsərlər” yazır, dövriyyəyə buraxır və təbliğat vasitəsi kimi öz əsərlərindən istifadə edirlər. Daha sonra isə bu əsassız iddialar siyasi müzakirə predmetinə çevrilir. Erməni dairələri bu işə digər millətlərdən olan tədqiqatçıları da cəlb edirlər. Məsələn, rus tədqiqatçısı N.Tokarski [2] “Qədim Ermənistanın memarlığı” adlı əsərində tarixi həqiqətləri kobudcasına saxtalaşdıraraq, Türkiyənin şərq vilayətlərini nəzərdə tutaraq yazır ki| guya “Qərbi Ermənistan” əyalətlərində Çorox çayı hövzəsində ərəb işğalları zamanı Baqratilərin knyaz nəsli möhkəmləndi. Ağıllı, qurucu Davidin başçılığı altında isə knyazlıq X əsrin ikinci yarısında müsəlman dövlətinin tərkibinə daxil oldu.

Qeyd edək ki, məhz erməni-qriqoryan kilsəsi tərəfindən gürcü kilsələrinin erməniləşdirilməsi siyasəti həyata keçirilmişdir. Bu baxımdan B.Arveladzenin qeydlərindən də aydın olur ki, Eçmiədzin kilsəsi gürcülərin qriqoryanlaşdırılması

üçün emissarlar göndərməklə yanaşı, abidələrin ələ keçirilməsi üçün ermənilər tərəfindən maraqlı bir taktikanı da tətbiq edir. 0 yazır ki, əvvəla, ermənilər tarixən gürcü kilsələrinin ətrafında məskunlaşmağa cəhd göstərirlər. Burada öz ticarət əlaqələrini genişləndirir, habelə kilsənin bəzi əlamətlərini dəyişdirməyi də yaddan çıxarmırlar. Nəticədə gürcü tarixinə aid olan ornamentlər və yazılar itir, kilsə üzərində isə erməni yazıları peyda olur [3].

Lev Ohanesov 1996-cı ildə nəşr edilən “Doğma Tiflisin erməni kilsələri” adlı kitabında ermənilərin öz əməllərini gürcülərin adına çıxarır. Yazır ki, guya Gürcüstanda erməni kilsələri üzərindəki yazıları gürcülər silmişlər. B.Arveladze haqlı olaraq yazır ki, ancaq tarix çox gözəl bilir, ermənilər öz fəndlərini bizə sırımağa çalışırlar. [3].

Ermənilər indiki Gürcüstanın şərq və cənub ərazilərinin “tarixi erməni torpağı” olması üçün dəridən-qabıqdan çıxaraq, bunu Qərb ölkələrinin bütün rəhbərlərinə çatdırırlar. Onlar Gürcüstandakı kilsələrin “erməni mənşəli olmasını təsdiqləyən” xəritələri tətbiq edərək bütün dünyaya yayırlar. B.Arveladze yazır ki, gürcü kilsələrinin erməniləşdirilməsi prosesi əsasən bu cür baş verirdi. Əlbəttə, bu işdə Eçmiədzin kahinlərinin və emissarlarının rolunu inkar etmək olmaz. Adətən, varlı ermənilər müflisləşmiş gürcü knyazlarının torpaq və malikanələrini alırdılar. Sonradan knyazın torpaq sahəsində yerləşən gürcü kilsələrinə erməni kahinlərinin yerləşdirilməsinə nail olur və nəhayət, gürcü knyazının əmlak payına daxil olan kəndlərə erməni mənsəbini qəbul etmələrini əmr edirdilər Kəndlər isə yeni sahibkarın əmrinə tabe olmağa məcbur olurdu. Beləliklə, gürcülər qriqoryanlaşdırılır, habelə onlara məxsus pravoslav kilsələri də ermənilərin, daha doğrusu Eçmiədzinin təsiri altına keçirdi.

Erməni “alimləri” Borçalı və Cavaxetidə tarixi abidələrdən başqa toponimlərə, habelə qədim qəbirstanlıqdakı yazılara istinadən deyirlər ki, bura guya “qədim erməni torpaqları”dır [3].

B.Arveladze erməni saxtakarlıqları ilə bağlı İ.Qvaramidze, Q.Boçaridze kimi müəlliflərin əsərlərindən onlarla faktlara istinad edir. Məsələn, o, İ.Qvaramidze vurğulayır ki, ermənilər nəinki gürcülərin müqəddəs kilsələrinə soxulurlar, həmçinin, qəbirstanlıqlarını və qədim yazılarını dağıdaraq yer üzündən yox edirlər. Türklər, müsəlmanlar gürcü kilsələrinə hörmət-izzətlə yanaşdıqları halda ermənilər gürcülərə qarşı çox düşməncəsinə rəftar edirlər [3].

B.Arveladze həmçinin, Q.Boçaridzenin üzərində gürcü yazıları olan tarixi daşların sökülərək digər abidələrin tikintisində istifadə edilməsi faktlarından bəhs edir. Qeyd etmək lazımdır ki, müəllif özünün “Samtsxe-Saatabaqoya səyahət” adlı

kitabında ürək ağrısı ilə yazır ki, kilsələrin pəncərələri belə dəyişdirilir, üzərində erməni yazıları müşahidə edilir. Sonradan buradan götürülmüş gürcü yazıları olan daşlar isə erməni məktəbinin tikilməsində istifadə olunmuşdur [3].

Qeyd etmək lazımdır ki, sonradan gürcü kilsəsindən oğurlanmış daş lövhələri Boçaridze pul gücünə ermənilərin əlindən almış, onları bölgədən çıxararaq yaxın rayon olan Valeyə gətirmişdir. Lakin daş lövhələr bərbad hala salınmış, üzərindəki gürcü yazısı tamamilə silinmiş və malalanmışdır ki, hərfləri tam oxumaq mümkün olmasın.

Ermənilərin xəritə-məlumat kitabçasında Cavaxetidə guya 127 erməni kilsəsinin olması qeyd edilir. Onların 40-nın guya 1800-ci ilə qədər tikildiyi yazılır. Belə çıxır ki, 1800-1900-cu illərdə ermənilər bu bölgədə 87 kilsə inşa etmişlər. Bir sözlə, ermənilər guya hər il bir fundamental kilsə inşa edirlərmiş. Ancaq onu qeyd etmək lazmdır ki, bu gün müasir texnikanın gücündən istifadə edilsə belə, yenə də hər il bir kilsə tikmək mümkün deyildir [3].

Digər bir gürcü tədqiqatçısı Q.Marxuliya ermənilərin Gürcüstanda hansısa abidələr inşa etməsi ilə bağlı əsassız iddialarını ifşa edərək yazır ki, ermənilər Gürcüstanda heç nə tikməmişlər, ancaq dağıtmışlar və mənimsəmişlər. Bunu çox saylı tarixi sənədlər də sübut edir [4].

B.Arveladze yazır ki, Kvemo-Kartlidəki (Borçalıdakı) sırf gürcü kilsələrini S.Karapetyan xəritə-məlumat kitabçasına erməni kilsəsi kimi daxil etmişdir. Müəllif yazır ki, Marneuli rayonunun Bnidzori kəndində bir erməni kilsəsi olmuş, o da xəritə-məlumat kitabçasında qeyd edildiyi kimi, XVII əsrdə deyil, XIX əsrdə tikilmişdir. Dmanisidə olan üç erməni kilsəsi XVII əsrdə deyil (1656-1657-ci illərdə), XVIII-XIX əsrlərdə tikilmişdir. Xovornidə X-XI əsrlərdə tikilmiş kilsə erməni-qriqoryan kilsəsi olmasa da, onun üzərində haradansa erməni yazısı əmələ gəlmişdir. Bunu müəyyənləşdirmək lazımdır. Xəritə-məlumat kitabçasında belə göstərilir ki, Xocornidə XII-XIII əsr Melikşeni kilsəsi. Bütün göstəricilər üzrə memarlıq bədii, ornamentinə görə kilsə isə gürcü kilsəsidir. Orada gürcü yazısına dair fraqment quraşdırılmışdır [3].

Qeyd edək ki, Qardabani (Qarayazı) rayonu, Markopidəki kilsə orta əsrlər abidəsidir. Dmanisi rayonundakı abidələri saxtakar “erməni tədqiqatçısı” S.Karapetyan səhv olaraq erməni abidələri hesab edir. Halbuki bu bölgədə qədim azərbaycanlıların əcdadlarının abidələri olmaqla yanaşı gürcü kilsələri də vardır. Şindilərdəki abidələr də qədim qıpçaq xristian abidəsidir. Ağbulaq (Tetriskaro) rayonunda gürcülərin Samşvilde (Şəmşəddil) adlandırdıqları bölgədə ermənilər

guya 11 erməni kilsəsinin olduğunu iddia edirlər. Lakin burada 2 erməni kilsəsi ola bilər ki, onun da kimə məxsus olduğu şübhəlidir.

Qeyd etmək lazımdır ki, Bolnisi rayonunda, Başkeçiddə (Dmanisi) bir erməni, bir gürcü kilsəsi, Kianetidə iki gürcü, bir erməni kilsəsi, Muşevanidə isə XI əsrə aid gürcü kilsəsi mövcuddur.

B.Arveladze öz əsərində ermənilərin iddia etdikləri kilsələrin əksəriyyətinin adlarını qeyd edir. Həmin kilsələr bunlardır:

1. Surb-Nşan;

2. Betlisi;

3. Krtsanisi Müqəddəs Ana Kilsəsi;

4. 40 müqəddəs əzabkeş kilsəsi;

5. Surb-Gevork;

6. Noraşen;

7. Cvari;

8. Müqəddəs Georgiya;

9. Ananuri;

10. Qremi.

Qeyd etmək lazımdır ki, Gürcüstanda çap olunan “Moqzauri” jurnalının 1901-ci il 21-ci sayında “Gürcülərin yaşadıqları Borçalı qəzası” məqaləsində Kvemo-Kartlidə (Borçalıda) Trialetidə, Zalqada, Samtsxe-Cavaxetidə kilsələrin ermənilər tərəfindən mənimsənilməsindən bəhs edilmişdir.

Ermənilər bu gün həyasızcasına Qafqaz Albaniyasının abidələrinə də iddia irəli sürürlər. Lakin tarixə nəzər saldıqda aydın olur ki, orta əsrlər Qafqaz Albaniyasında xristian qəbirüstü abidələri alban knyazlarının xaç daşından ibarət olmuşdur. 1836-cı ildə isə erməni-qriqoryan kilsəsi alban katolikosluğunu çar Rusiyasının dəstəyi ilə ləğv etməyə və özünə birləşdirməyə nail olmuşdur.

Qeyd edək ki, tarixi reallıq ondan ibarətdir ki, Cənubi Qafqazda xristian kilsələrini əsasən müxtəlif apostollar idarə etmişlər. Alban kilsəsinin “erməniləşdirilməsi” ilə bu gün saxta erməni tarixçiləri, xristian albanları ilə müsəlman azərbaycanlıları qarşı-qarşıya qoymağa çalışırlar. Onu qeyd etmək lazımdır ki, Zaqafqaziyada xristian abidələrinin yazılarının dili milli deyil,

konfessional mənsubiyyəti müəyyən edir. Məsələn, Ani şəhərində maarifçi Giorginin zamanında gürcü və yunan dillərindəki izahedici yazılar verilmişdir. Lakin erməni “tədqiqatçısı” İ.A.Orbeli bunun nə yunan, nə gürcü deyil, erməni kilsəsi olduğunu “iddia edir” [5].

Qeyd etmək lazımdır ki, məhz erməni-qriqoryan kilsəsinin nümayəndələri Cənubi Qafqazda, o cümlədən Gürcüstanda alban abidələrini erməniləşdirdikləri kimi, digər kilsələrdəki, abidələr üzərindəki gürcü dilindəki yazıları pozaraq onu erməni dilindəki sözlərlə əvəz edir, öz yalanlarını “təsdiq etmək üçün” isə “qədim” saxta erməni mənbələrinə istinad edirlər.

D.Bakradzenin 1878-ci ildə Sankt-Peterburqda dərc olunmuş “Quriyaya və Acarıstana arxeoloji səyahət” adlı əsərində ilk dəfə gürcü yazılarının qəsdən məhv edilməsi haqqında məlumat verilmişdir. Orada yazılır ki, Artvin kilsəsindən bir böyük kilsədə gürcü dilində yazısı olan daşı ermənilər gizləyərək öz daşları ilə əvəz etmişlər. Yunanlar isə gürcülər ilə eyni dinə inandıqları üçün kilsənin onlara qalmasını tələb edirdilər [6].

Tarixən qonşu olduğu xalqların tarixi-mədəni irsinə, torpaqlarına göz dikən, multikultural dəyərlərdən və tolerantlıqdan uzaq olan ermənilərin tarixi-mədəni abidələri saxtalaşdırma siyasəti XIX əsrdə başlanmışdır. Bu siyasət XX əsrdə də davam edir və bu prosesdə erməni cəmiyyətinin aşağı təbəqəsindən tutmuş mədəni təbəqəsinə kimi hamı bir nəfər kimi məqsədyönlü şəkildə iştirak edir. Bu baxımdan akademik N.Berdzenişvili də “1933-cu ildə Cavaxetinin genişlənməsi” adlı əsərində neçə-neçə gürcü yazılarının pozulub erməni yazıları ilə əvəz edilməsi barədə hadisəni təsvir edir [7].

Ədəbiyyat siyahısı:

1. «История армянской литературы», Ереван, АН Армянской ССР. 1975г. 608 с. стр.11.

2. Токарский Н. Архитектура древней Армении. // Ереван: Издательство Академии наук Армянской ССР. 1946. XVI. 200 с.

3. Арвеладзе Б. “Армянские” или грузинские церкви в Грузии?! Тбилиси. ГПУ. 1996. 104 с.

4. Мархулия Г. Армяне в поисках Армении, с.165.

5. Д.Ахундов. М. Ахундов. К вопросу о “спорных” моментах в истории и культуре Кавказской Албании / https://erevangala500.com/page/67.html

6. Абдаладзе А. Несдержанное нашествие. // Газ. “Отечество.” 1991. № 11. июнъ.

7. Бердзенишвили М. Вопросы грузинской истории I. Историческая география. Изд. Мешниереба. 1982. с.53

Kamal Salayev

AMEA–nın Qafqazşünaslıq İnstitutunun

Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər