Ermənilərin Qarabağa gəlmə olduğu Albaniya mətbuatında

Ermənilərin Qarabağa gəlmə olduğu Albaniya mətbuatında 

Albaniyanın “Nacional” qəzetində ermənilərin Dağlıq Qarabağa gəlmə olduqlarından bəhs edən “Tarixi abidələr: Marağa – 150” başlıqlı məqalə dərc olunub.

Faktinfo.az xəbər verir ki,bu barədə Report.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Albaniya – Azərbaycan Dostluq, Elm və Mədəniyyət Cəmiyyətinin sədri, tarixçi-alim Entela Muçonun köməyilə işıq üzü görmüş məqalə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin müəllifliyi ilə nəşr olunub.

Məqalədə ermənilərin miqrasiyasının bir çox yazılı mənbələrdə qeyd olunduğuna diqqət cəlb edilib, müxtəlif illərdə İrandan və Türkiyədən ermənilərin Azərbaycan torpaqlarına köç etməsi konkret faktlarla göstərilib. Qeyd edilib ki, 1828-ci il fevralın 10-da Rusiya və İran arasında imzalanan Türkmənçay müqaviləsindən sonra ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsinə başlanıb. Təkcə 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən isə 90 min erməni Azərbaycana köçürülüb.

Qəzetdə bildirilir ki: “...ermənilər Qarabağa gəlmələri münasibətilə “Marağa-150” abidəsini ucaldıblar. “Marağa-150” abidəsi 1978-ci ildə ermənilərin özləri tərəfindən İran Marağasından ilk 200 ailənin Qarabağa köçürülməsinin 150 illiyi ilə əlaqədar inşa edilib. Adi çay daşlarından qurulan abidənin üzərində erməni dilində “Marağa-150” yazısı öz əksini tapıb və oxşar abidələr Xankəndi şəhərində, Tərtər rayonunun Çaylı kəndində də inşa edilib”.

Məqalədə qeyd olunur ki, 2016-cı ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelisi Tərtər rayonunda səfərdə olarkən Şıxarx kəndində “Marağa-150” abidəsinə baxıb və həmin abidənin şəkillərini çəkib.

Qeyd edək ki, sözügedən mövzu artıq Albaniya dövlət radiosunun da diqqətini cəlb edib və radio tarixçi-alim Entela Muçonun iştirakı ilə bu mövzudan bəhs etmək niyyətindədir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi