Ermənipərəst Bayden Trampı ermənilərin xeyirinə fikir söyləməyə təhrik edir-

Ermənipərəst Bayden Trampı ermənilərin xeyirinə fikir söyləməyə təhrik edir- Türkiyə və İranı Qarabağa müdaxilədə ittihamlayır

Co Bayden İran və Türkiyəni Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etməkdə günahlandırıb.

 “ISNA” xəbər verir ki, Demokrat Partiyasının prezidentliyə namizədi Donald Tramp administrasiyasını bu “müdaxilənin” qarşısını almağa çağırıb.

2020-ci il prezident seçkilərində ölkəsinin Dağlıq Qarabağ bölgəsində Ermənistan və Azərbaycan arasındakı müharibə ilə bağlı siyasətinə dair verdiyi açıqlamasında Bayden bildirib: “Tramp administrasiyası Ankaraya qarşı çıxmalı, həm Türkiyəyə, həm də İrana münaqişəyə müdaxilədən çəkinməsini söyləməlidir. Azərbaycana silah verməklə və Azərbaycanı hərbi həllə təşviq edən davakar ritorikaya görə Türkiyə məsuliyyətsiz davranır. Diplomatik çözümə nail olmaq asan olmayacaq, amma Tramp administrasiyası bu yöndə işləməyə borcludur. Daha çox insan ölmədən və münaqişə böyümədən əvvəl bunu etməlidir”.

Bayden əlavə edib ki, Tramp administrasiyası Azərbaycana münaqişənin hərbi yolla həll etmə səylərinə dözməyəcəyini söyləməlidir. “Ermənistana da aydın olmalıdır ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər sonsuzadək işğal edilə bilməz və münaqişənin davamlı həlli ilə bağlı etibarlı danışıqlar atəşkəs əldə edildikdən sonra başlamalıdır”.



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi