Ermənistan KİV Nikol Paşinyanın istefa verəcəyi tarixi açıqlayıb

Ermənistan KİV Nikol Paşinyanın istefa verəcəyi tarixi açıqlayıb 

Ermənistanın hakim komandası növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı son günlər ciddi addımlar atmağa hazırlaşır.

Bunu ölkənin “Past” qəzeti yazıb.

Bildirilib ki, son iki gündə Ermənistanın baş naziri Nikol Paşinyan hakim Vətəndaş Razılaşması Partiyasının rəhbərliyi, tanınmış siyasi və ictimai xadimlər, vilayət başçıları, Yerevan rayonlarının rəhbərləri ilə görüşlər keçirib.

Məlumata görə, onları konkret olaraq N.Paşinyanın reytinqi maraqlandırır. Görüş iştirakçılarına istənilən hadisəyə, o cümlədən növbədənkənar seçkilərə hazır olmaq tapşırığı verilib.

Qəzet öz mənbələrinə istinadən yazıb ki, N.Paşinyan martın 23-dək istefa verəcək: “Fövqəladə hal baş verməzsə, o bu gün, yaxud sabah istefa verməyə hazırlaşır”./Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi