Ermənistanda xalqa yalan danışılır-

Ermənistanda xalqa yalan danışılır- Arutyunyan süni nəfəs aparatından ayrılıb?

Ermənilər Qarabağdakı terrorçu rejimin qondarma “müdafiə naziri” Cəlal Arutyunyanla bağlı yalanlar seriyasını davam etdirirlər.

Ölümcül yaralanmış, hətta öldüyü bildirilən Arutyunyanın sağlamlığı ilə bağlı ciddi problemin olmadığını iddia edən işğalçı ölkənin təmsilçiləri onun “tezliklə” sıraya qayıdacağı barədə gülünc fikirlər səsləndirirlər.

Bu gün isə Ermənistan Müdafiə Nazirliyinin təmsilçisi Artsrun Ovannisyan Arutyunyanın səhhətində irəliləyişin qeydə alındığını deyib. O bildirib ki, dünəndən etibarən C.Arutyunyanı süni nəfəs aparatından ayırıblar və özü nəfəs almağa başlayıb.

Eyni zamanda Ovannisyan bu dəfə Arutyunyanın nə vaxt sıraya qayıdacağı barədə suala cavab verməyə çətinlik çəkib, sadəcə, arzusunu ifadə edib.

Beləcə, əsl həqiqətin etiraf olunması istiqamətində irəliləyişlərin olduğunu demək olar.(musavat.com)

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi