Ərzaq bahalaşır, “nisyə dəftərləri” qalınlaşır

Ərzaq bahalaşır, “nisyə dəftərləri” qalınlaşır 

Dövlət Statistika Komitəsinin yaydığı sonuncu məlumata görə, 2017-ci ildə ərzaq məhsullarının qiymətləri 16,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 11,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,3 faiz bahalaşıb.

Rəsmi məlumatda bildirilib ki, ötən ilin dekabr ayında kolbasa məmulatları, balıq məhsulları, süd məhsulları, pendir və yumurta, zeytun yağı, çay və qəhvə, banan, alma, armud, nar, qoz, fındıq, şabalıd, xiyar, pomidor, sarımsaq, kartof bahalaşıb.
Qeyri-ərzaq mallarından parçalar, geyim və ayaqqabılar, inşaat materialları, mebel və ev əşyaları, xalça və digər döşəmə örtükləri, zərgərlik məmulatları, şüşə məmulatları, yemək qabları və əşyaları, minik avtomobilləri üçün ehtiyat hissələrinin də qiymətləri qalxıb.

Məlumdur ki, Mərkəzi Bank inzibati yollarla da olsa, ötən il üçün manatın məzənnəsinin sabitləşməsinə nail olub. Amma bu sabitləşməyə baxmayaraq, ərzaq və qeyri-ərzaq mallarının qiyməti durmadan artır.
Ölkədə qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ən böyük şirkətlərdən olan “Azərsun Holdinq” MMC-nin bəzi məhsulları devalvasiyadan əvvəlki qiymətlərlə müqayisədə ən azı 3 dəfə bahalaşıb. Kiçik bir nümunə: hələ 2015-ci ilin 21 fevral devalvasiyasına qədər 11 manat 50 qəpiyə təklif edilən 4 kiloqramlıq “Super Sun” yağları hazırda 27 manat 99 qəpikdir. 1 kiloqram 74 qramlıq “Super Sun”lar isə əvvəllər təxminən 5 manat idisə, hazırda 11.89 qəpiyədir. 0.910 qramlıq “Super Sun” yağları isə əvvəllər 3 manat 40 qəpik olsa da, hazırda 6 manat 35 qəpiyə təklif edilir.

Bütün hallarda bahalaşma əhalinin kasıb təbəqəsinə çox pis təsir edir.Nəticədə, “Nisyə dəftərinə üzv olanların sayı artır”.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi