“Əsəbiləşdim, gərək çəkilməyəydim” - Rasim Balayev

“Əsəbiləşdim, gərək çəkilməyəydim” - Rasim Balayev 

Xalq artisti, tanınmış aktyor Rasim Balayev yay istirahətini Bakıda keçirdiyini deyib.

Aktyor səhhəti ilə bağlı problemlərin də aradan qalxmadığını bildirib:

“Ayağımla bağlı narahatlıqlar hələ keçməyib. Müalicəm davam edir. Amma şükr yaxşıyam. Elə evdə dincəlirəm, heç yana getməmişəm”.

Kino üçün çox darıxdığını deyən xalq artisti ara-sıra sənət dostları ilə dərdləşdiyini deyib:

“Əvvəllər kinostudiyaya gedib, köhnə dostlarla dərdləşirdim. Son vaxtlar ora da getmirəm. Dostlarımın çox rəhmətə gedib, bir-iki nəfər qalıb, onlarla da zəngləşirik.Kino üçün darıxıram, amma nə faydası. Deyirlər, dövlət sifarişi ilə ilə yeni filmlər çəkiləcək. Ümidlə gözləyirəm. Adını çəkmək istəmirəm, bir serialda çəkildim, çox peşman oldum. Əsəbiləşdim, gərək çəkilməyəydim. Mükəmməl ssenarisi olan böyük kinoya çəkilmək istəyirəm”./yenicag.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi