“Eşidəndə ki, Kəmaləddin Heydərovun oğlu rəssamın qızı ilə evlənib...“ — Seyran Səxavət
Son illər mətbuatda yer alan xəbərlərin təhlili onu deməyə əsas verir ki, məmur oğlanları vəzifəli şəxslərin, tanınmış iş adamlarının qızları ilə izdivaca üstünlük verirlər. Bu cür evliliklərdə valideyn əsas söz sahibinə çevrilir. Yəni evliliklər sevgi üzərində deyil də, maddi maraqlar üzərində qurulur.
Bəs buna səbəb nədir? Cəmiyyətdə təmənnalı evliliklər niyə artır?
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən yazıçı Seyran Səxavət qeyd edib ki, indi əvvəlki kimi sevgi, məhəbbət, insanların bir-birinə ilahi mənada meyl etməsi yoxdur. Çox nadir hallarda imkanlı adamların övladları orta səviyyəli bir şəxsin qızı ilə ailə qurar:
“Məsələn, Kəmaləddin Heydərovun oğlu Taleh mənim tanıdığım, əslən Şüvəlandan olan rəssam Arif Əzizovun qızı ilə evlənib. Mən Kəmaləddin Heydarovu və oğlunu şəxsən tanımıram. Amma atası Fəttah Heydərovu tanıyırdım. Elə hesab edin ki, Fəttah Heydərovla bərabər mənim 20 şeirim öldü. Çünki o, hələ 40 il bundan əvvəl mənim 20 şeirimi əzbər bilirdi. Həmçinin rəssamla da tanışlığımız var. Bu yaxınlarda da Xalq rəssamı oldu. Məlumdur ki, rəssamlar ziyalı olsalar da, imkansız olurlar.
Bir haşiəyə çıxım. Məsələn, məlumdur ki, Van Qoq əsərlərinin çoxunu sarı rənglə işləyib. O, bunu bəxtəvərlikdən, sevgisindən etməyib, sarı rəng o vaxt ən ucuz rəng olub, ona görə belə edib. Hətta o boyanı da Van Qoqa qardaşı alıb. Bəli, illər keçdikdən sonra onun əsərinin dəyəri milyonlarla ölçüldü, amma vaxtında əzab-əziyyət çəkdi. İndi də rəssamlar elə də varlı deyil. Mən eşidəndə ki, Kəmaləddin Heydərovun oğlu ziyalı olan rəssamın qızı ilə evlənib, dedim halal olsun. Lakin bir güllə bahar olmur”.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın