" Əslində məndən əxlaqlısı yoxdur" - Mətanət Əsədova
“5\5” verilişinin qonağı olan Mətanət Əsədova həmkarlarını tənqid edib.
İfaçı onların bəzilərini “Sakit ilan” adlandırıb: “Bura gələnləri yaxşı tanımırsınız. Sən öl, tanımırsınız. Mən gəlib deyib-gülərəm, deyərlər ki, buna bax. Əslində məndən əxlaqlısı yoxdur. Amma sakit duranlar var, sakit ilanlar. Onlardan qorxmaq lazımdır. Onların nələr etdiyini bilmirsiniz. Yanlarında da ərləri var. Amma artistliklər edirlər. Qurban olum, onlara inanmayın”.
Xatırladaq ki, Mətanət Əsədova bir müddət öncə ərə getdiyini açıqlayıb sonra da inkar etmişdi.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın