Əsmə külək, əsmə, axı gizli qalan problemləri üzə çıxarırsan
Əs ey külək, bağır, ey bəhri-biyaban ləpən... Yaxşı ki, Cəfər Cabbarlı Bakının bu günlərini görmədi, yoxsa küləyə “əsmə” deyə yalvarardı ,bəlkədə...
Heç kim inkar etməz ki, paytaxt Bakının mərkəzi küçələrindən başqa digər ərazilər istənilən səviyyədə süpürülüb təmizlənir. Bu yay dözülməz istilərin əsiri olmasaq da,küləkli günlərə görə kifayət qədər narazı qalmışıq .Az qalırıq küləyə yalvaraq ki, əsmə külək, sakitliyin altında yatan çox problemimiz var, əsib onları üzə çıxartma.
Göründüyü kimi, bu gün səhər saatlarından başlayan külək çoxlarına Bakının yalnız mərkəzi 4-5 prospektdən ibarət olmadığını bir daha xatırlatdı.Amma nədənsə yenə də xatırlayanlar içərisində aidiyyatı qurumlara rast gələ bilmədik.Yəni, Bakının rayonlarına rəhbərlik edən Rayon İcra Hakimiyyəti başçıları,onlara tabe olan Mənzil Komunal Təəsərrüfatı Birliyinin rəhbərləri bu dəfə də görmək istəmədilər ki, haradan peyda oldu havada uçuşan selofan torbalar,göydən ələnib üzərimizə tökülən qum dənəcikləri və...
Görünür, vəzifəsini üç gündən bir zibil qablarının daşınması ilə bitmiş hesab edənlərə rəhbərlik edən vəzifəlilərimiz hələ də anlamaq istəmirlər ki,xüsüsilə yay fəslində hər bir rayonda mərkəzi prospekt və ya yola paralel səkilərlə bərabər məhəllələr, prospektlərə çıxışı olan bütün yol və səkilər süpürülüb təmizlənməlidir. Çünki,bu belə olmasa saniyədə küləyin surəti 10 metr olduğu halda bir saat əvvəl təmizlənmiş istənilən ərazi toza –torpağa qərq olacaq.Yəni, heç kim təminat verə bilməz ki, küləkli hava şəraitində Bakının istənilən təmiz və səliqəli bir rayonu digər rayon üzərindən çirklənməyəcək.Bu gün də anoloji vəziyyət təkirarlandı.
Belə çirkli şəhərdə turistlərdə hansı təssürat yaranar,onlar ikinci dəfə Bakını seçərlərmi? Hələ də bizim səthi və səhlənkar yanaşdığımız bu problem, ölkəsinə turist axını barədə düşünən digər ölkələr üçün illərlə əvvəl sistemləşdirilmiş bir məsələ olaraq həllini tapıb.
Bakı şəhərində bu məsələyə cavabdeh olan ayon İcra Hakimiyyətinin başçıları,Mənzil Komunal Təsərrüfatı Birliklərinin rəhbərləri,yüzlərlə MİS rəisləri milyonları mənimsəyirlər, onlara isə Bakıda külək əsəndə şəhərin üzərini niyə toz bürüyür deyən cəsarət sahibi tapılmır. Bizə isə öz ampulamızda - "Əsmə külək, əsmə, axı gizli qalan problemləri üzə çıxarırsan"-demək qalır.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın