Etil spirtindən zəhərlənmələr artıb
Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 889 nəfər müraciət edib.
Faktinfo.az xəbər verir ki,bu barədə məlumatı Mərkəzin Mətbuat xidməti yayıb.Məlumata görə, onlardan 164-ü Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb.
Qəbul olan xəstələrdən 74-ü dərmandan, 26-sı sirkə turşusundan, biri dəm qazından, ikisi göbələkdən, 11-i etil spirtindən zəhərlənib. Digərlərindən ikisi anafilaksiya səbəbindən, 12-si allergik reaksiyadan, ikisi isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 28-ni ilan, altısını isə müxtəlif növ həşəratlar sancıb.
Zəhərlənən şəxslərin 61-i qadın, 77-si kişi, 26-sı uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 164 nəfərdən yeddisi (üçü kişi, dördü qadın) dünyasını dəyişib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın