Etiraz aksiyaları üçün ideal bir zəmin yaranıb - Saakaşvili

Etiraz aksiyaları üçün ideal bir zəmin yaranıb - Saakaşvili 

Gürcü Arzusu və İvanişvilinin reytinqi məhv olub. Hazırda kütləvi etiraz aksiyaları və növbədənkənar seçkilər təyin etmək üçün ideal bir zəmin yaranıb.

Axar.az xəbər verir ki, bu barədə hazırda həbsdə saxlanılan ölkənin sabiq prezidenti Mixail Saakaşvili NDİ təşkilatı tərəfindən ölkədə aparılan sorğunun nəticələrinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu tipli sorğularda müxalifətə dəstək göstərməyə xalqın sadəcə kiçik bir hissəsi cəsarət edir:

Siyasətçilərin şəxsi və partiya reytinqlərinə gəldikdə isə burada çox az sayda sorğu iştirakçısı müxalifətə dəstək göstərməyə cəsarət edir.Təsəvvür edin ki, siz dövlət qulluqçususunuz və naməlum bir nömrədən zəng edərək, sizdən siyasətçilər arasında kimi bəyəndiyinizi soruşurlar.Misal üçün, siz hər hansı bir müxalifət liderini bəyənirisiniz.Ancaq yarım saat əvvəl televiziya vasitəsilə izləmisiniz ki, bu cür mövqeyinə görə nazir Tsulukiani çox hörmətcil insanları işdən çıxarıb. Buna görə də sizə ünvanlanan suala heç birini bəyənmirəm və ya hakimiyyətdən kimisə bəyənirəm deyə cavab verirsiniz. Üz-üzə baş tutan anket sorğuları nisbətən daha obyektivdir. Bu sorğu nəticəsində sadəcə bunu deyə bilərik: Gürcü Arzusu və İvanişvilinin reytinqi məhv olub. Hazırda kütləvi etiraz aksiyaları və növbədənkənar seçkilər təyin etmək üçün bir zəmin yaranıb".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi