Etirazçılar Tokayevin iqamətgahına od vurdular
Bir neçə min etirazçı Prezident Qasım Jomart Tokayevin Almatıdakı iqamətgahına soxulmağa cəhd edir.
Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
“Aksiya iştirakçılarının bir qismi meriya binası yaxınlığındakı kütlədən ayrılaraq Prezident iqamətgahına gedib. Ətrafda hər şey tüstülənir, səs qumbaralarının partlayışı və atəş səsləri eşidilir”, - məlumatda bildirilib.
***
Etirazçılar Qazaxıstan Prezidenti Qasım Jomart Tokayevin Almatıdakı iqamətgahına od vurublar.
Qeyd edək ki, Qazaxıstanda qaz tariflərinin artmasına etiraz olaraq başlayan aksiyalar iki gündür davam edir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın