Əvəz Zeynallı deputata cavab verdi:"Əgər tövlə belə sadə ifadədirsə,elə..."

Əvəz Zeynallı deputata cavab verdi:"Əgər tövlə belə sadə ifadədirsə,elə..." 

“Etibar Əliyev Ramiz Mehdiyevə olan hirsini məndən çıxarmağa çalışıb.

Bu adam deyir ki, Ramiz Mehdiyev niyə Əvəz Zeynallıdan sitat gətirib? Yəni bu, həm mətbuatı bilməməyin, cahilliyin, nadanlığın əlamətidir. Həm də deputata yaraşmayan sözlərdən istifadə edib”, - deyən Əvəz Zeynallı əsas diqqəti tövlə sözünə çəkib. Bizim.Media.az-a  açıqlamasında “Xural TV” internet televiziyasının rəhbəri özünün idarə etdiyi media orqanını və kollektivi müdafiə edib:

“Xural TV haqqında ailəsi haqqında danışacağı sözləri danışıb. O, bizim auditoriyaya və yüzminlərlə izləyicisi olan Xurala tövlə deyib. Əgər tövlə belə sadə ifadədirsə, elə onun doğulub, böyüyüb-başa çatdığı məkan tövlədir”.

İlk bizə danışan Əvəz Zeynallı gün ərzində məsələ ilə bağlı bəyanatlarının olacağı barədə anons da verib. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi