“Əvvəlcə İsgəndərin ətrafını dağıtmaq lazımdı”- Şok yazışma üzə çıxdı
Real TV Azərbaycan Xalq Hərəkatı ilə bağlı sensasion xəbər yayıb.
Telekanalın rəhbəri Mirşahin Ağayev bunu “Mirşahinin vaxtı” proqramında açıqlayıb.
Belə ki, hazırda İngiltərədə olan Qurban Məmmədovun hərəkat rəhbərliyində olan şəxslərdən biri ilə yazışması telekanalda nümayiş edilib. Qarşı tərəfin kimliyi açıqlanmayıb.
Q. Məmmədov yazıb: - Eybi yox, sabahkı iclasa məni mütləq qoş. O bandanın məsələsini qoyacam.
Cavab: -Bilirsiniz, kimlərdir onun bandasında?
Q. Məmmədov: - Bəli bilirəm. Ona görə də sabah o bandanın 3 üzvünün məsələsini qoyacam.
Valeh İbadov
Ramiz Tağıyev
Ağasif Şakiroğlu
Sonrakı iclaslarda da Firudinin, Yavərin məsələsini qoyacam.
Cavab: Başa düşdüm bəy! Amma məncə İsgəndərdən başlamaq daha yaxşı olar.
Qurban Məmmədov: Yox qətiyyən. İlk öncə İsgəndərin ətrafın dağıtmaq lazımdı. Ətrafını dağıda bilsək, onu çıxarmaq çox asan olacaq hətta bu mövzuda Mirmahmud bəy də aldanaraq bizi dəstəkləyəcək. Ona görə dəstəkləyəcək ki, İsgəndər yola salındıqdan sonra Hərəkatın onun liderliyində fəaliyyət göstərdiyini sanacaq. Ona görə də İsgəndəri bizimlə birləşərək vuracaqlar. Sonra onun da məsələsini həll edərik. Mirmahmud elə də güclü deyil.
Cavab: Başa düşdüm bəy! Əsas odur ki, tələsib özümüzü yandırmayaq. Tələsmədən bütün bunları etmək lazımdır. Vaxtınız varsa, zəng edim rahat danışaq.
Qurban: Təbii ki tələsəmək lazım deyil. Allaha şükür ki, biz İsgəndər kimi ağılsız deyilik. İmkan tanıyaq qoy özünü bir qədər də biabır etsin.//Yeni Sabah.az
Bu xəbər üçün şərh yazın