"Əyani təhsil bərpa olunanda ilk olaraq 1-2-ci siniflər məktəbə qayıdacaq" - Emin Əmrullayev
“Birinci siniflərlə bağlı vəziyyəti bilirəm, mənim qızım da 1-ci sinfə gedir. Təbii ki, 1-ci və 2-ci siniflərin daha çox təsirə məruz qalacağını düşünürük”.
APA.az-ın məlumatına görə, bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.
O bildirib ki, bu siniflərin noyabrın 2-dən əyani təhsilə qayıtması mümkün deyil: “Amma əyani təhsil bərpa olunanda ilk olaraq bu siniflər üçün olacaq”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın