Faliçev: Türkiyənin nəzarətindədir, ABŞ heç nə edə bilməz!
ABŞ-ın döyüş gəmilərinin Qara dənizə keçid qaydalarını dəyişdirmək cəhdləri ilə bağlı iddialar Ukraynadakı mövcud durumdan irəli gəlir.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Oleq Faliçev deyib.
O bildirib ki, Montrö konvensiyasına görə, Çanaqqala və İstanbul boğazlarında Türkiyənin tam hakimiyyəti var:
“ABŞ Türkiyə ilə əlaqələrin pisləşməsi səbəbindən mövcud qaydaları pozmağa cəhd edir. Çünki ABŞ üçün Qara dənizlə bağlı qaydaları dəyişdirmək çox önəmlidir. Bu, sadəcə dünyadakı proseslərdən xəbərdar olmaq istəyindən irəli gəlmir, həm də müəyyən zamanlarda ABŞ və Britaniya döyüş gəmilərinin Ukraynada üzləşdiyi vəziyyətlə əlaqədardır. ABŞ-ın öz qaydalarını diktə etmək cəhdləri uğursuzluğa məhkumdur. Montrö razılaşması beynəlxalq əhəmiyyətə malikdir. Rusiya, Türkiyə və digər ölkələr buna xüsusi önəm verir. Bu konvensiyanın ləğvi üçün BMT-də gündəmə gətirilməsi gərəkdir. Əlbəttə, Rusiya, Türkiyə və bir sıra ölkələr buna qarşı çıxacaq”.
Qeyd edək ki, “Vol Strit” jurnalında ABŞ Prezidenti Co Baydenin döyüş gəmilərinin Qara dənizə keçid qaydalarını dəyişdirə biləcəyi ilə bağlı məqalə yayımlanmışdı.
Bu xəbər üçün şərh yazın