Fanatı ilə evlənməyə hazırlaşan Roza Zərgərli: “3 gün, 3 gecə xına edəcəm” – VİDEO
Müğənni Roza Zərgərli özünə 3 gün xına məclisi təşkil edəcəyini açıqlayıb.
O, bu barədə aprıcısı olduğu “Tam vaxtıdır” verilişində danışıb.
“Heç bir ad günü qeyd etmirəm. Allah qoysa, gələcəkdə həyat yoldaşımla keçirəcəm. Xına olacaq. Özü də 3 gün, 3 gecə xına edəcəm” – deyə Zərgərli qeyd edib.
Xatırladaq ki, Roza Zərgərli ailə həyatı qurmağa hazırlaşdığını açıqlamışdı.
O, evlənmək üçün 13 namizədin olduğunu söyləmişdi: “Onlar arasında birini seçmişəm. Evlənəcəyik, az qalıb. Səkkizillik fanatımdır, bir ildir tanıyıram və altı aydır ciddi münasibətimiz var. Evlilik təklifi almışam”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın